Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 14-cü tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə qarşılaşması UNEC-in idman zalında keçirilib. Çempionatın autsayderi olan eyniadlı komanda “Gəncə” ilə üz-üzə gəlib. Qərb təmsilçisi çətinlik çəkmədən üç setdə qələbə qazanıb.
Turun qalan oyunları martın 4-də keçiriləcək.
Yüksək Liqa
14-cü tur
1 mart
“Gəncə” – UNEC 3:0 (25:4, 25:15, 25:8)
UNEC Voleybol Komandasının idman zalı.
4 mart
16:00. “Abşeron” – “Azərreyl”
18:00. “Milli Aviasiya Akademiyası” – “Murov”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
Xallar: Abşeron – 32. Milli Aviasiya Akademiyası – 30. Azərreyl – 21. Gəncə – 21. Murov – 15. UNEC – 0.