Cümə günü, fevralın 28-də Ağ Evdə baş verən qalmaqaldan sonra Ukrayna prezidenti Vladimir Zelenski sosial mediada Kiyevin 38 Qərb müttəfiqinə təşəkkür edərək, hər bir paylaşımanı ayrıca “Dəstəyinizə görə təşəkkür edirəm” sözləri ilə cavab verib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ukrayna lideri öz səhifəsində Almaniya kansleri Olaf Şolz, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Fransa prezidenti Emmanuel Makronun bəyanatlarını yerləşdirib.Əli Babayev