EN

Gəncədə ilk dəfə ölkə birinciliyi keçiriləcək

Martın 3-dən 6-dək sərbəst və yunan-Roma güləşi üzrə U15 ölkə birinciliyi keçiriləcək.

Apasport.az xəbər verir ki, bu yarış ilk dəfə Gəncə şəhərində təşkil ediləcək. Gəncə İdman Sarayı ilk dəfə bir güləş yarışına ev sahibliyi edəcək.

Birinciliyi beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Onların arasında Türkiyə və Gürcüstandan dəvət edilmiş hakimlər də yer alacaq.

Yarışın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10:00-da başlanacaq.

Sərbəst güləşçilərin Azərbaycan çempionatına yekun vurulub

Güləş üzrə Azərbaycan çempionatına start verilib

Yunan-Roma güləşçilərimiz Xorvatiyada 5 medal qazanıblar

Millimizdən 2 medal

Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazanıblar

Chosen
108
2
apasport.az

3Sources