Martın 3-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri keçiriləcək.
Aznews.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yarışda Azərbaycan millisi həm oğlanların, həm də qızların mübarizəsində təmsil olunacaq.
Yığmanın baş məşqçisi Elbrus Rzayevlə Ceyhun Abiyev turnirdə Bilalhəbaşi Nəzərov (51 kiloqram), Zidan Hümbətov (54 kiloqram) və Məhəmməd Cəfərova (+92 kiloqram) şans verəcək.
Qız boksçuların mübarizəsində isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Banuçiçək Nəsirli (48 kiloqram), Cəmilə Sultanlı (50 kiloqram), Özləm Həsənova (66 kiloqram) və İlkanə Əhmədova (+81 kiloqram) rinqə çıxacaq.