EN

SEPAH israilli milyarderin gəmisini ələ keçirdi

İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında israilli milyarderə məxsus gəmini ələ keçirib.

"Ölkə.az" xəbər verir ki, ilkin ehtimala görə, xüsusi təyinatlılar SEPAH-a məxsus helikopterdə Hörmüz boğazı yaxınlığında gəmiyə hücum ediblər.

Qeyd edilir ki, Portuqaliya bayrağı altında üzən "MSC Aires" gəmisi Londondan olan "Zodiac Maritime" şirkətinə aiddir. Şirkət "Zodiac Group"un tərkibinə daxilir.

"Zodiac Group"un sahibi isə israilli milyarder İdan Oferdir.

Chosen
23
2
olke.az

3Sources