EN

Drente “Real”ın ən kefcil futbolçusundan söhbət açdı

“Real”ın niderlandlı keçmiş sol yarımmüdafiəçisi Royston Drente “qaymaqlılar”ın o vaxt ən kefcil futbolçusu haqda söhbət açıb.

Arena.az AS dərgisinə istinadən, Drentenin bu xatirəsini təqdim edir:

“Mən öz evimdə axşam məclisləri təşkil edərdim. İquain (Qonsalo İquain – “Real”ın argentinalı keçmiş mərkəz hücumçusu) müsibət idi, ən kefcil idi. O, həmişə, məndən axşam məclislərini nə vaxt təşkil edəcəyimi soruşardı. Quti də buyurub gələrdi. Kristiano (Kristiano Ronaldo), məsələn, tamam başqa idi. O, heç vaxt belə məclislərə gəlməzdi”, deyə Drente xatırlayıb.

Xatırladaq ki, Royston 2007-2012-ci illərdə “Real”da çıxış edib. O, “qaymaqlılar” üçün ümumilikdə 65 oyun keçirib, 4 qol və 5 məhsuldar ilə fərqlənib. Niderlandlı futbolçu “Real”la İspaniya La Liqasının (2007/2008) və İspaniya Kubokunun (2008/2009) qalibi olub.

Chosen
57
30
arena.az

10Sources