Ukrayna Premyer Liqasında 19-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi "Çernomrets" də növbəti matçına çıxıb.
Sözügedən kollektiv öz meydanında "Levıy Bereq"ə 0:1 hesabı ilə uduzub. Start "11-lik"də yer alan Mustafayev 73-cü dəqiqədə əvəzlənib. O, qarşılaşmanın 53-cü dəqiqəsində sarı vərəqə alıb.
Hazırda 15 xalı olan "Çernomrets" turnir cədvəlinin sonuncudan əvvəlki - 15-ci pilləsində mövqe tutub.
Nihat