EN

Azərbaycanlı atletdən Qazaxıstanda uğulu nəticə

Qazaxıstanın Öskemen (Ust-Kamenoqorsk) şəhərində Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda beynəlxalq yarış keçirilib.

İdman.biz xəbər verir ki, yarışda azərbaycanlı atlet Lamiyə Vəliyeva qüvvəsini sınayıb.

Onun heyətində yer aldığı komanda 4x200 metr məsafəyə qarışıq estafet qaçışında 1.31.80 nəticə ilə 1-ci yeri tutub.

Bundan əlavə, atletimiz 400 metr məsafəyə qaçışda göstərdiyi 55.78 saniyə nəticə ilə Azərbaycan milli rekordunu yeniləyib.

İdman.biz

Chosen
93
12
idman.biz

10Sources