Kişi voleybolçuların Yüksək Liqasında daha bir oyunu keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün 13-cü turdan bir oyun baş tutub.
Sumqayıt OİK-də “Gənclər” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Turnir cədvəlinə liderlik edən “Murov Az Terminal” bu matçda 3:0 hesabı ilə qalib gəlib.
Yüksək Liqa
1 mart
XIII tur
“Gənclər” - “Murov Az Terminal” 0:3 (10:25, 19:25, 17:25)