Lənkəranda yük maşını idarəetməni itirərək çaya aşıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Girdəni kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran rayon Göyşaban kənd sakini 2005-ci il təvəllüdlü Pərviz Fariz oğlu Abdullazadə idarə etdiyi “Ford Transit” markalı yük avtomobili ilə Girdəni-Havzava kənd yolunda hərəkətdə olarkən nəqliyyat vasitəsi sürüşüb və təqribən 20 m hündürlükdən Girdəniçaya aşıb.
Sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəstə vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
