Qondarma Abxaziya Respublikasında bir qrup silahl şəxs səsvermə keçirilən məntəqəyə hücum edib.
“Ölkə.az” xəbər verir ki, bu barədə tanınmamış respublikanın Baş Prokurorluğunun rəsmi məlumatında deyilir.
Hadisə Bakı vaxtı ilə saat 20:30 radələrində 14 saylı “Tsandripş” seçki dairəsinin 2 saylı tam orta məktəbdə yerləşən 5 saylı seçki məntəqəsində qeydə alınıb.
Silahlıların sayının 20 nəfərə qədər olduğu təxmin edilir.
Onlar seçki komissiyasının üzvlərini zorakılıqla hədələyiblər.(Report)