EN

Ancelina Colinin kişilərə etibarı İTİB

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Aktrisa Ancelina Coli Bred Pittlə boşandıqdan sonra kişilərə etibar etmir.
Oxu.Az-ın məlumatına görə, bu barədə "US Magazine" öz mənbələrinə istinadla xəbər verir.
"O, Bredlə yaşadıqlarından sonra kişilərə güvənməkdə çətinlik çəkir. Ancelina Bredlə olan münasibətindən aldığı travmanı heç vaxt tam şəkildə aşa bilməyəcəyini düşünür. Lakin o, özünü yarım hiss etmir, övladlarından və həyatından razıdır", - deyə nəşrin insayderi bildirib.
Qeyd edək ki, Ancelina Coli və Bred Pittin altı övladı var: oğulları Maddoks Şivan, Paks Tiyen, Noks Leon, qızları isə Zaxara Marli, Şaylo Nuvel və Vivyen Marşelindir.
Ötən ilin dekabrın 31-də aktyorların boşanma prosesini başa çatdırmaq barədə razılığa gəldikləri məlum oldu.
Chosen
55
5
oxu.az

6Sources