EN

Çexiya Prezidenti Ukraynaya dəstək verəcək koalisiya yaratmağa çağırıb

Çexiya Prezidenti Petr Pavel ədalətli sülhə nail olmaq istəyən Ukraynaya dəstək verən geniş beynəlxalq koalisiya yaratmağa çağırıb.

Xezerxeber.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Ukraynada ədalətli sülhə nail olmaq istəyən böyük miqyaslı beynəlxalq koalisiyanın yaradılması imkanlarını nəzərdən keçirməyin vaxtı çatıb", - Çexiya Prezidenti bildirib. O, bu ölkədə sülhün Kiyevə uyğun şərtlərlə bərqərar olunmasını müdafiə edib.

 

Chosen
58
xezerxeber.az

1Sources