"Qarabağ"dan Macarıstanın "Ferentsvaroş" klubuna keçən braziliyalı futbolçu Julio Romao Macarıstan Kubokunun 1/8 final mərhələsində "ETO FC Győr" ilə görüşdə öz qapısına qol vurub.
News24.az xəbər verir ki, qarşılaşma "Ferentsvaroş" klubunun 3:4 hesablı qələbəsi ilə başa çatıb.
Sabiq ağdamlı matçın 53-cü dəqiqəsində baş zərbəsi avtoqol vurub.
Qeyd edək ki, 2022-ci ildən "Qarabağ"da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.