ABŞ-nin müstəqilliyini elan etməsindən təxminən 250 il sonra ingilis dili ölkədə rəsmi dil olaraq qəbul edilib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bununla bağlı fərman imzalayıb.
Qeyd edək ki, seçki kampaniyası zamanı o, ingilis dilini bilməyən immiqrantların ABŞ-nin təhsil sisteminə hədsiz dərəcədə zərər verdiyini demişdi.
Yeni fərman ingilis dili ilə bağlı məhdud biliyə malik insanların dövlət xidmətlərinə qəbulunun qarşısını alacaq.