"Barselona"nın futbolçusu Andres Kristensen sıradan çıxıb.
Rekord.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
28 yaşlı müdafiəçi yenidən zədələnib və 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Kristensen bu mövsüm zədələr səbəbindən "Barselona"nın heyətində cəmi 1 oyuna çıxıb.