Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətinə altında olan Gürcüstanın Abxaziya bölgəsində yeni "rəhbər" seçilib.Metbuat.az xəbər verir ki, separatçıların keçmiş "vitse-prezidenti" Badra Qunba qanunsuz seçkilərin ikinci turunda qalib gələrək "prezident" seçilib. İlkin nəticələrə görə, o, 54,73% səs toplayıb.