EN

Azərbaycanın ilk fitnes kitabı ictimaiyyətə təqdim edilib (FOTO)

Bakı. Trend:

Libraff kitab evində Beynəlxalq İdman Mətbuatı Assosiasiyasınınüzvü, fitnesoloq Əkbər Kərimovun “Fitnes Nədir?” adlı kitabıntəqdimat mərasimi keçirilib.

Trend xəbər verir ki, TEASPress tərəfindən Azərbaycan dilində nəşr olunmuş "Fitnes Nədir?"kitabına müəllifin iyirmi illik təcrübəsi və bilikləri, sağlamlıqmetodikası, məşqlər və qidalanma, sağlam həyat tərzi və motivasiyadəstəyi, psixologiya və etika, arzuolunmaz zədələr və s. ilə bağlıtövsiyələr daxil edilib. Kitab həm böyüklər, həm də uşaqlar üçünnəzərdə tutulub. Uğurlu fitnes mütəxəssisi olmaq üçün anatomiyaya,fiziologiyaya, psixologiyaya, idmana və idman qidalanmasına dairdərin biliklərə sahib olmaq vacibdir. Belə bir mütəxəssis yalnızdüzgün qidalanma və idman vasitəsilə optimal fiziki formaya çatmağakömək etmir, həm də bu formanı ömür boyu qoruyub saxlamağa yardımedir.

"To fit" felinin birbaşa tərcüməsi "yaxşı formada olmaq" kimisəslənir. Məhz bu felin əsasında "fitnes" adlı idman istiqamətiyaranıb. Fitnes məşqlərinin əsas məqsədləri əzələ relyefiniformalaşdırmaq, bədən çəkisini azaltmaq və sağlamlığıgücləndirməkdir. Lakin unutmaq olmaz ki, fitnes sadəcə idman zalınagetməkdən ibarət deyil. Bu, bir həyat fəlsəfəsidir və ümumilikdəsağlamlığı yaxşılaşdırmağa, bədəni və ruhu möhkəmləndirməyə vəəhval-ruhiyyəni yüksəltməyə imkan verir. Xüsusi bir mədəniyyət,rejim, qidalanma, həyata və sağlamlığa baxış – bu, imtina edilməsimümkün olmayan həqiqi bir fəlsəfədir.

Tədbirdə çıxış edən qonaqlar kitabın əslində bir dərslikolduğunu, maraqlı məlumatlarla zəngin və öyrədici məzmunununolduğunu vurğulayıblar.

Tədbir çərçivəsində Ramazan ayında fitnes mövzusunda və qəhvəiçkiləri barədə iki mini-seminar keçirilib.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Chosen
26
az.trend.az

1Sources