EN

Azərbaycan komandası "Böyük Dəbilqə" yarışında yeddinci olub

Cüdo üzrə Azərbaycan komandası Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirinin ümumi hesabında yeddinci yeri tutub.

İdman.biz xəbər verir ki, Turan Bayramovun (60 kq) qazandığı gümüş medal sayəsində ölkəmiz Fransa, Kuba, Qazaxıstan, Braziliya, İtaliya və digərlərini qabaqlayıb.

Yaponiya birinci (5-4-2), Çin ikinci (2-0-2) və Özbəkistan isə üçüncü (1-3-8) olub.

Daşkənddə ümumilikdə 13 ölkənin cüdoçuları mükafatlar qazanıblar.

İdman.biz

Chosen
96
6
idman.biz

8Sources