EN

Dzyuba Kerjakovun rekordunu təkrarladı

“Akron”un hücumçusu Artyom Dzyuba Rusiya çempionatının 19-cu turu çərçivəsində “Pari Nijni Novqorod” klubu ilə görüşdə fərqlənib. 

Fanat.Az xəbər verir ki, hücumçu 1:2 hesabı ilə uduzduqları matçın 70-ci dəqiqəsində komandasının yeganə qolunu vurub.

"Sport-express"-in məlumatına görə, bu mövsüm dördüncü qoluna imza atan 36 yaşlı forvard Rusiya futbolunun ən yaxşı bombardirləri siyahısında Aleksandr Kerjakovu yaxalayıb. Hazırda hər ikisinin hesabında klub və milli komandada vurduqları 233 qolu var.

Qeyd edək ki, Kerjakov karyerasını bitirib. Odur ki, Dzyubanın rekordçu olmaq şansı var.  

Chosen
15
fanat.az

1Sources