EN

Bakıda gənc piyada yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Sabunçu rayonunda 22 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 2003-cü il təvəllüdlü Qənbərov Yunis Nurəddin oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Chosen
76
39
avtosfer.az

10Sources