EN

İçərişəhərdə yerləşən elektrik kabellərində PARTLAYIŞ

Bu gün İçərişəhər ərazisində yerləşən bir neçə restoran şəbəkəsinə enerji verən elektrik kabellərində kiçik partlayışlar baş verib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində yaxınlıqda olan vətəndaşlar ərazidən uzaqlaşıb.

Şahidlərin sözlərinə görə, partlayışlar qısa fasilələrlə baş verib və qısa müddətlik tüstülənmə müşahidə edilib.

Hazırda hadisənin səbəbləri araşdırılır. İlkin ehtimallara görə, elektrik naqillərindəki nasazlıq və ya həddindən artıq yüklənmə partlayışlara səbəb ola bilər.

Chosen
71
9
publika.az

10Sources