“Avropa liderlərinin Ukrayna və Avropanın təhlükəsizliyi məsələlərinə dair görüşləri iki-üç həftədən bir keçirilə bilər”.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Hakan Fidan deyib.
Nazir bildirib: “Avropa liderləri həll yollarını müzakirə etmək üçün bir araya toplaşıblar. Belə görüşlər gələcəkdə də davam edəcək”.
Türkiyəli diplomat qeyd edib ki, ABŞ-nin son həftələrdə yürütdüyü siyasət Avropa liderləri arasında Ukrayna məsələsi və ümumilikdə Avropanın təhlükəsizliyi ilə bağlı suallar yaradıb: