EN

Tusk London Sammitinin yekunu barədə: "Qərb təslim olmaq niyyətində deyil"

"Qərb Rusiyaya təslim olmaq fikrində deyil" -, Polşanın baş naziri Donald Tusk Londonda Ukrayna üzrə Avropa Sammitdən sonra deyib.

Siyasətçinin sözlərinə görə, bütün Avropa liderlərinin ən mühüm məsələlərdə mövqeləri demək olar ki, eynidir.

“Kimin təcavüzkar, kimin qurban olduğuna, kimin tərəfində durduğumuza şübhə yoxdur. Avropa üçün mütləq prioritet şərq cinahını gücləndirməkdir” -Tusk deyib.

Polşanın baş naziri əlavə edib ki, avropalı tərəfdaşlar Ukraynaya yardımları artırmalı və müdafiə xərcləriniüzərlərinə götürməlidirlər.

Həmçinin, qitə ölkələri ABŞ-la mümkün qədər isti münasibət saxlamalı və Moskvaya qarşı sanksiyalar tətbiq etməlidirlər. Onun fikrincə, bu, işə yarayacaq.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropanın təcili silahlandırılmasına çağırıb.

Röya Əliyeva
AzVision.az

Chosen
26
1
azvision.az

2Sources