Türkiyə Super Liqasında "Qalatasaray" səfərdə "Kasımpaşa" ilə 3-3 hesablı bərabərliyə razılaşıb.

Offsideplus.az xəbər verir ki, İrfan Saraloğlu oyundan sonra jurnalistlərə açıqlamasında 100-cü qələbəni Okan Buruka saxladıqlarını bildirib:

"100-cü qələbəni Okan hocaya buraxdıq. Növbəti həftə komandanın başında olacaq. 100-cü qalibiyyət ona yaraşar. O alacaq".

Qeyd edək ki, Okan Buruk cəzalı olduğu üçün "Kasımpaşa" ilə görüşdə komanda ilə birlikdə ola bilməyib.