“Betis”in baş məşqçisi Manuel Pelleqrini “Real”ı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının çıxışından razı qalıb:
“Çox məmnunam. Amma təkcə qələbəyə görə yox, oyun tərzimizə görə də. Qələbə qazanmaq üçün meydana çıxdıq və rəqibimizdən daha çox şans yaratdıq.
Mən bizim oyunçuların xarakterindən razıyam. Təəssüf ki, bəzi mövqelərdə oyunçularımız çatışmır, amma komanda hələ də güclüdür”.
Oyun martın 1-də “Betis”in arenasında baş tutub və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Betis”in 38 xalı var və İspaniya La Liqasının turnir cədvəlində altıncıdır. “Real” 54 xalla üçüncü pillədə qərarlaşıb.