EN

Avropanın təhlükəsizliyi sual altındadır - Fidan

Avropa liderlərinin Ukrayna və Avropanın təhlükəsizliyi məsələlərinə dair görüşləri iki-üç həftədən bir keçirilə bilər.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Hakan Fidan deyib.

Nazir bildirib:

“Avropa liderləri həll yollarını müzakirə etmək üçün bir araya toplaşıblar. Belə görüşlər gələcəkdə də davam edəcək”.

Türkiyəli diplomat qeyd edib ki, ABŞ-ın son həftələrdə yürütdüyü siyasət Avropa liderləri arasında Ukrayna məsələsi və ümumilikdə Avropanın təhlükəsizliyi ilə bağlı suallar yaradıb:

“Bu məsələ açıq şəkildə müzakirə olunur. Müzakirələri diqqətlə izləyirik. Ukrayna ilə bağlı sülh sazişinin olub-olmayacağına birlikdə baxacağıq”.

Chosen
36
9
axar.az

10Sources