EN

Liqa 1: Marsel və Lion “Olimpik”lərinə 2 qol bəs etdi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 24-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Oser” doğma meydanda “Strasburq”a minimal hesabla uduzub. “Anje” “Tuluza” ilə, “Monpelye” də “Renn”lə ev oyununda 4 cavabsız qola üzülüb.

Lion “Olimpik”i evdə “Brest”ə, Marsel “Olimpik”i isə “Nant”a qalib gəlib.

Beləliklə, geridə qalmış 27 turdan sonra 62 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 49 xalla ikinci, “Nitsa” 46 xalla üçüncü, “Monako” 43 xalla dördüncü, “Lill” 41 xalla beşinci, Lion “Olimpik”i 39 xalla altıncıdır. “Strasburq” 37, “Tuluza”, “Lans” və “Brest” 33 xal toplayıblar.

Fransa, Liqa 1
27-cü tur
28 fevral

Monako – Reyms 3:0
Qollar: Bieret, 34; 39; 51.

1 mart

Sent Etyen – Nitsa 1:3
Qollar: Stassin, 32 – Rosario, 10. Nade, 52-öz qapısına. Gessan, 69.

Lans – Havr 3:4
Qollar: Əl-Aynaui, 3-pen. Aqilar, 19. Sotoka, 48 – Sumare, 28. Ayyu, 33. Kazimir, 62. A.Hassan, 90+1-pen.

PSJ – Lill 4:1
Qollar: Barkola, 6. Markinyos, 22. Dembele, 28. Due, 37.

2 mart

Olimpik (Lion) – Brest 2:1
Qollar: Lakazette, 24; 82 – Lala, 15-pen.

Anje – Tuluza 0:4
Qollar: Maqri, 51. Syerro, 57. Kressuel, 71. Edyuma, 90+4.

Oser – Strasburq 0:1
Qol: Emeqa, 47.

Monpelye – Renn 0:4
Qollar: Fofana, 28. Sisse, 56. Assinyon, 69. Kalimuendo, 87.

Olimpik (Marsel) – Nant 2:0
Qollar: Quiri, 73. Qrinvud, 77.

Chosen
42
arena.az

1Sources