EN

Ticarət mərkəzində FACİƏ: 8 ölü, 80 yaralı 

Peruda ticarət mərkəzində damın uçması fəlakətə səbəb olub.

Parol.az xəbər verir ki, ilkin məlumata görə, faciə nəticəsində 8 nəfər həlak olub, 80 nəfər isə yaralanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Perunun Trujillo şəhərində baş vermiş hadisə zamanı həlak olanlar arasında 3 uşaq da olub.

Hadisədən sonra axtarış-xilasetmə işləri aparılır. Ölənlərin sayının arta biləcəyi ehtimal olunur.

Chosen
157
3
parol.az

10Sources