EN

Bu ölkədə əcnəbilərə əmlak almaq QADAĞAN EDİLİR  

Avstraliya federal hökuməti əcnəbi vətəndaşların ölkədə mənzil almasına qadağa qoymağa hazırlaşır.

Parol.az xəbər verir ki, bu barədə baş xəzinədar Cim Çalmers məlumat verib.

“Hökumət ən azı iki il ərzində xarici investorlara hazır yaşayış binaları almağı qadağan edəcək və həmçinin əcnəbilərin torpaq alması ilə bağlı bank əməliyyatlarına ciddi nəzarət edəcək. Bu, milli mənzil bazarında qiymətləri aşağı salmaq üçün edilir”, - deyə Çalmers bildirib.

Chosen
66
16
parol.az

10Sources