Ukraynada başlayan hərbi münaqişəyə Gürcüstanın da birbaşa cəlb edilməsi cəhdi olub və bizim qərarlarımız ölkəmizin ikinci cəbhəyə çevrilməməsində həlledici rol oynayıb.
Parol.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib:
Kobaxidze qeyd edib ki, Gürcüstana göstərilən təzyiqlərin, Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi tələbinin əsas məqsədi eskalasiyaya və Gürcüstan iqtisadiyyatının çökməsinə nail olmaq olub.