EN

Lavrov və Araqçinin gündəliyində Cənubi Qafqaz da var  

Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun Tehrana səfərinin gündəliyini açıqlayıb.

Parol.az xəbər verir ki, fevralın 25-də Rusiya Lavrov İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçinin dəvəti ilə Tehrana işgüzar səfərə gedəcək.

Görüşdə Suriya, Cənubi Qafqaz, Əfqanıstan, Yəmən, Fars körfəzindəki vəziyyət, Yaxın Şərq nizamlanması, Xəzər problemi, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyət də daxil olmaqla bir sıra aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir”, - Rusiya XİN-in məlumatında qeyd olunub.

Chosen
153
2
parol.az

10Sources