Bakı. Trend:
Sərbəst güləş üzrə üçqat olimpiya çempionu Buvaysar Saytiyev 50yaşında ürək tutmasından dünyasını dəyişib.
Trend xəbər verirki, bu barədə TASS-a Dağıstan Respublikası Sərbəst GüləşFederasiyasının icraçı direktoru Mahmud Maqomedov məlumatverib.
"Onun ağciyərlərində problemlər olub. Ölümün səbəbi ürəyinindayanmasıdır. Fəsadlar yaradan dərmanlar qəbul edib. Bütün ailəsionunla Moskvada, xəstəxanada olub", – Maqomedov bildirib.
Saytiyev 74 kq çəki dərəcəsində 1996, 2004 və 2008-ci ilOlimpiya Oyunlarının qalibi olub. O, altı dəfə dünya, altı dəfə isəAvropa çempionu titulunu qazanıb. 1995-ci ildə Rusiyanın əməkdaridman ustası adına layiq görülən Saytiyev 4-cü dərəcəli "Vətənqarşısında xidmətlərinə görə" ordeni, eləcə də Şərəf və Dostluqordenləri ilə təltif edilib.