EN

Misli Premyer Liqasında 25-ci tur başlayır

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 25-ci tura start veriləcək.

QOL.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə autsayder "Səbail" öz meydanında "Şamaxı" ilə qarşılaşacaq. Oyun saat 17:00-da başlayacaq. 8-ci pillədə qərarlaşan "Şamaxı" da "Səbail" kimi Premyer Liqada qalmaq uğrunda mübarizə aparır.

Bu komandaların ilk dövrədəki matçında "Səbail" 2:0 hesabı ilə qalib gəlib. İkinci dövrədəki oyunda isə qolsuz heç-heçə qeydə alınıb.

Bu gün həmçinin, "Sumqayıt" - "Qarabağ" matçı keçiriləcək.


3 mart (bazar ertəsi)

Misli Premyer Liqası, 25-ci tur

17:00.“Səbail” – “Şamaxı”
Hakimlə
r: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
VAR: Rəşad Əhmədov
AVAR: Namik Hüseynov
“ASCO Arena”

19:30.“Sumqayıt” – “Qarabağ”
Hakimlər:
Rauf Cabarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Rahil Ramazanov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

4 mart (çərşənbə axşamı)

17:30.“Turan Tovuz” – “Zirə”
19:30.“Sabah” – “Araz-Naxçıvan”

5 mart (çərşənbə)

17:00. “Kəpəz” – “Neftçi”


Bombardirlər:

Leandro Anderade ("Qarabağ") - 9 qol

Cesse Sekidika ("Sabah") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Felipe Santos ("Araz Naxçıvan") - 8 qol

Davit Volkov ("Zirə") - 8 qol

Salifu Suma ("Zirə") - 8 qol

Pavol Şafranko ("Sabah") - 7 qol

Chosen
93
50
teleqraf.com

10Sources