EN

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Cənubi Karolina ştatında meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib.Metbuat.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Henri Makmasterin saytında məlumat yerləşdirilib. Bu fərman görülən tədbirləri tamamlamaq məqsədi daşıyır. Fərmana görə, ştat sakinlərinə ocaq yandırmaq qadağandır. Bəyanatda qeyd olunub ki, qanunu pozanlar “törətdikləri əməllərə görə qanuna uyğun olaraq cavab verəcəklər”.

Yanğınsöndürmə idarəsi bildirib ki, Cənubi Karolinada təxminən 17 kvadrat kilometr ərazini əhatə edən 175 alışma ocağı var.

Chosen
20
1
metbuat.az

2Sources