EN

Amerikalı rejissorun filmi “Oskar” aldı: Rusların sayəsində

Rusiyalı aktyorlar Mark Eydelşteyn, Yura Borisov, Aleksey Serebryakov və Daria Ekamasovanın rol aldığı amerikalı rejissor Şon Beykerin “Anora” filmi “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.

Ulusal.az bu barədə ABC kanalına istinadən xəbər verir.

Qeyd edək ki, bu kateqoriyada mükafat uğrunda Bredi Korbetin “Brütalist”, Ceyms Menqoldun “Bob Dylan: Unknown ”, Edvard Berqerin “The Conclave”, Denis Vilnevanın “Dune: Part Two”, Jaka Adiaranın “Emilia Perez” və başqa filmlər mübarizə aparıb.

Xatırladaq ki, 97-ci Akademiya Mükafatlarının təqdimetmə mərasimi davam edir. “Oskar” mükafatına namizədlər siyahısında ilk dəfə olaraq rusiyalı aktyor da yer alıb. Yura Borisov “Anora” filmindəki işinə görə “Ən yaxşı ikinci plan aktyoru” nominasiyasında namizəd olub, lakin heykəlcik “Əsl ağrı” filmindəki roluna görə Kiran Kalkinə verilib.

Chosen
36
moderator.az

1Sources