EN

Cavad Zərif yenə istefa verdi

İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif iqtisadiyyat və maliyyə naziri Abdolnasser Hemmatinin impiçmentindən sonra istefa verib.

Ölkə.Az “fars” agentliyinə istinadən xəbər verir ki, Zərif istefa ərizəsini İran parlamentinin iclasından sonra Hemmatinin impiçmentinin elan edilməsinin ardınca təqdim edib və bu onun istefasına səbəb olub.

İran prezidenti Məsud Pezeşkianın da Zərifin bəyanatını hələ də qəbul etmədiyi bildirilir.

Zərif ikinci dəfədir ki, İranın vitse-prezidenti vəzifəsindən istefa verir. O, ilk dəfə ötən ilin avqustunda işindən narazı olduğunu bildirərək ərizə verib, lakin İranın ali rəhbəri Əli Xameneinin zəngindən sonra öz vəzifəsinə qayıtmışdı. 

Mürtəza
Ölkə.Az

Chosen
152
20
olke.az

10Sources