
Kanadanın baş naziri Castin Trüdo deyib ki, yeni tariflər tətbiq olunacağı təqdirdə ABŞ-a “layiqli cavab” verəcəklər.
Reyting.az xarici KİV-ə istinadla bildirir ki, Birləşmiş Ştatlar Prezidenti Donald Tramp martın 4-də Kanadaya qarşı yeni idxal tarifləri tətbiq edərsə, Ottava bunu “proporsional şəkildə” cavablandıracaq.
Baş nazir Castin Trüdo deyib: “Tariflər çərşənbə axşamı tətbiq olunarsa, o zaman ötən dəfə olduğu kimi, biz qəti, birmənalı və adekvat cavab verməyə hazırıq”.
ELÇİN