EN

İsrailin İordan çayının qərb sahilinə hücumları nəticəsində yaralanan və həbs olunanlar var

İsrail ordusunun İordan çayının qərb sahilindəki Kalkiya şəhəri, eləcə də Kafr-Nima, Deyr-İbzi, Nabi-Saleh yaşayış məntəqələrinə reydləri nəticəsində yaralanan və həbs olunanlar var.

APA xəbər verir ki, bu barədə WAFA İnformasiya Agentliyi xəbər yayıb.

Cenindəki qaçqın düşərgəsinə silahlı hücum nəticəsində üç aylıq körpə xəsarət alıb. Al-İssaviya şəhərində isə bir mülki şəxs həbs olunub.

Qeyd edilib ki, bölgədə yanvarın 19-dan, Qəzza sektorunda atəşkəs elan edildiyi vaxtdan davam edən hərbi əməliyyatlar nəticəsində Cenin şəhərində 27 nəfər dinc sakin öldürülüb, 120 ev yararsız hala düşüb.

Chosen
15
apa.az

1Sources