EN

Rafael Ağayev bu ölkəni seçdi

Dünya karatesinin canlı əfsanəsi Rafael Ağayev ölkə xaricindən aldığı çoxsaylı təkliflər arasında seçim edib.

Demokrat.az Offsideplus.az-a istinadən xəbər verir ki, 6 qat dünya, 11 qat Avropa çempionu, Tokio Olimpiadasının gümüş medalçısı Monteneqroya yollanır.

Belə ki, "Qara brilyant" ləqəbli həmvətənimiz bu ölkənin Bar şəhərində 2 günlük seminar keçəcək.

Martın 8-9-da baş tutacaq seminarda U-12, U-14, kadetlər, gənclər və böyüklər iştirak edə bilərlər. Canlı əfsanənin təlimlərinə qatılmaq istəyən məşqçilər 50, idmançılar isə 75 avro xərcləməlidirlər.

Chosen
77
7
demokrat.az

10Sources