Nazirlər Kabineti “Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi” Qaydasını təsdiq edib.
QHT.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib:
"Yeni qaydalara əsasən:
Aylıq kompensasiya – 250 manat, ailə üzvləri üçün isə hər biri üçün əlavə 125 manat. İşğaldan azad edilmiş ərazilərə təyinat alanlara bu məbləğə 1,5 əmsal tətbiq edilərək 375 manat ödəniləcək.
Birdəfəlik ödəniş – minimum əməkhaqqının 3 misli, yəni 1200 manat, köç və digər zəruri xərclər üçün ayrılır.
Məsələn, Sumqayıtdan Bərdəyə rotasiya olunan və 4 ailə üzvü olan qulluqçuya 1200 manat birdəfəlik ödəniş və 625 manat aylıq kompensasiya veriləcək. Füzuliyə təyinat alan eyni şəxs isə 937.5 manat aylıq kompensasiya alacaq".
Deputat həmçinin bildirib ki, qaydanın məqsədi dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək və rotasiya prosesini stimullaşdırmaqdır.
Pərvanə Fərhadqızı