EN

Ombudsman: Siniflərin komplektləşdirilməsi təhsilin keyfiyyətini aşağı salır

Siniflərin komplektləşdirilməsi təhsilin keyfiyyətini aşağı salır.

Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) 2024-cü il üzrə məruzəsində qeyd olunub.

Parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan məruzədə bildirilib ki, təhsil sisteminin müxtəlif sahələri üzə müəyyən boşluqlar və çatışmazlıqlar hələ də qalır:

“Müraciətlərin təhlili göstərir ki, təhsil müəssisələrində, xüsusilə orta məktəblərdə, peşə təhsili müəssisələrində və kolleclərdə davamlı olaraq monitorinqlərin aparılması zəruridir. Belə yanaşma təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməklə, tədrisin dövlət standartları əsasında təşkil olunmasını təmin etməsinə yardım edir. Buna baxmayaraq, ölkə üzrə bəzi təhsil müəssisələrində hələ də öz həllini gözləyən bəzi problemlər mövcuddur”.

Eyni zamanda təhsil hüququ ilə bağlı Ombudsmana ünvanlanmış müraciətlərdə təhsil müəssisələrində mövcud olan çatışmazlıqlar, eləcə də müəssisə rəhbərlərinin təlim-tədris prosesinin təşkilinə laqeyd münasibəti kimi hallar öz əksini tapıb.

Chosen
11
9
aznews.az

10Sources