EN

Ağır xəstəliklərdən əziyyət çəkən məhkumların cəzadan azad edilməsi halları azalıb

Bakı. Trend:

Ağır xəstəliklərdən əziyyət çəkən məhkumların cəza çəkməkdənazad edilmələri barədə müraciətlərinə müvafiq komissiyadabaxılması, tibbi rəyin verilməsi, habelə məhkəmələrə təqdimatıngöndərilməsi ilə bağlı problemlər hələ də qalmaqdadır.

Trend xəbərverir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bugün keçirilən iclasında müzakirə edilən insan hüquqlarınınqorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın)2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, Penitensiar müəssisələrdə 2022-ci ildə151, 2023-cü ildə isə 169 məhbusun vəfat etdiyi müəyyən edilib.Penitensiar müəssisələrdə saxlanılan həmin şəxslər arasındaxəstəliklər səbəbi ilə 2022-ci ildə 146 ölüm halı, 2023-cü ildə isə163 ölüm halı baş verib ki, bu da müvafiq illər üzrə ümumi ölümhallarının 96-97%-ini təşkil edib.

“Buna baxmayaraq, ağır xəstəliyə düçar olmuş məhkumların cəzaçəkməkdən azad edilməsi məqsədilə tibbi şəhadətləndirilməsi iləbağlı Tibb Baş İdarəsinin Xüsusi Həkim Ekspert Komissiyasında2022-ci il ərzində cəmi 24 məhkumun, 2023-cü il ərzində isə 23məhkumun məsələsi müzakirə olunub və 2022-ci il ərzində cəmi 2,2023-cü il ərzində isə 5 məhkuma “Məhkumların cəza çəkməsinə maneolan ağır xəstəliklərin Siyahısı”nda göstərilən xəstəliklərəuyğunluq barədə rəy verildiyi müəyyən edilib. Statistikaya əsasən,həmin rəylər üzrə verilmiş təqdimatlar əsasında 2022-ci il ərzində2, 2023-cü il ərzində isə 4 məhkum məhkəmə qərarı ilə cəzaçəkməkdən azad olunub.

İki il ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindənməhkəmələrə cəmi 7 təqdimat verilib ki, onlardan da 6-sı məhkəmələrtərəfindən təmin olunub.

Penitensiar müəssisələrdə cəzanın çəkilməsinə mane olan ağırxəstəliyə düçar olmuş məhkumların cəzadan azad olunmalarına dairmüraciət etmələri ilə bağlı mümkün məhdudiyyətlərin aradanqaldırılması və onların bu hüququnun effektiv həyata keçilməsi üçünzəruri tədbirlərin görülməsi, habelə cəzanı icra edən müəssisə vəya orqan tərəfindən məhkəmələrə müvafiq təqdimatlarıngöndərilməsində olan problemlərin həlli zəruridir”, - məruzədə qeydedilib.

Məqalədə:
Chosen
61
3
az.trend.az

5Sources