EN

Ağdamda altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır - Yenilənib

Ağdamda altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır...

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

***

Ağdam rayonunun Əfətli kəndində altı nəfərin qidadan zəhərləndiyi bildirilir.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, həmin şəxslərin tortdan zəhərləndikləri ehtimal olunur.

Poliqon.info

Chosen
21
4
poliqon.info

5Sources