EN

Yuri Matias Braziliyaya gedə bilər

“Neftçi”nin braziliyalı futbolçusu Yuri Matias ailəsindən uzaqda yaşamağın çətinliklərini çəkir.

İdmanxeber.az xəbər verir ki, 31 yaşlı mərkəz müdafiəçisi özü ölkəsinin mətbuatına açıqlamasında bunu deyib. Övladlarından birinin xəstə olduğu futbolçu karyerasını ölkəsində davam etdirə biləcəyini vurğulayıb.

Xatırladaq ki, təcrübəli müdafiəçinin “Neftçi” ilə müqaviləsi mövsüm sonuna qədərdi.

Chosen
35
idmanxeber.az

1Sources