EN

Pişiklə toqquşan velosipedçinin burnu sındı - VİDEO

Çində qeyri-adi yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, pişik velosipedçi ilə toqquşub. Şanxay şəhərində baş verən hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Kadrlarda hərəkətdə olan velosipedçinin eyni anda qaçaraq piyada keçidindən keçməyə çalışan pişiklə toqquşduğu görülür.

Videoda zərbənin təsirindən gəncin velosipedlə birgə yerə çırpıldığı və pişiyin qaçaraq oradan uzaqlaşdığı da əks olunub.

Yerli medianın məlumatına görə, hadisə nəticəsində üzü üstə asfalta çırpılan gəncin burnu sınıb. Bundan əlavə, o üzündən sıyrıq xəsarətləri də alıb.

Sözügedən hadisənin görüntülərini təqdim edirik.

Namiq Musayev

Chosen
16
avtosfer.az

1Sources