EN

Zelenski deyib ki, onu əvəzləmək asan olmayacaq

Zelenski deyib ki, onu hakimiyyətdə əvəzləmək asan olmayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

 

Ukrayna prezidenti deyib ki, onu “əvəz etmək çətin olacaq”. Bununla da o, hazırkı şərtlərlə istefa vermək fikrində olmadığını açıqlayıb:

Sadəcə seçki keçirmək kifayət deyil. İştirak etməyimə icazə verməməlidirlər. Və bu bir az daha çətin olacaq. Çünki hələ mənimlə danışıq aparmalısan.

Eyni zamanda, Ağ Evdə Trampla mübahisəni şərh edən Ukrayna lideri ABŞ-la nadir torpaq metalları üzrə saziş imzalamağa hazır olduğu üçün onların münasibətlərinin davam edəcəyinə əmin olduğunu bildirib.

 

Xuraman Etibarlı

İnterpress.az

Chosen
60
interpress.az

1Sources