EN

Əməkdar artist qayalıqdan yıxılıb xəstəxanalıq oldu

Rusiyanın əməkdar artisti Yelena Kondulaynen 2024-cü ildə Misirdə tətildə olarkən ayağını sındırıb. 

Söz.az xəbər verir ki, o, bu barədə qatıldığı verilişlərdən birində məlumat verib.

Aktrisanın sözlərinə görə, o, qayalıqda şəkil çəkdirərkən xəsarət alıb və daha sonra xəstəxanaya yerləşdirilib.

Sənətçi bildirib ki, hadisədən bir il sonra o, reabilitasiya üzrə məşqçi ilə birlikdə hərəkətlilik üzərində işləməyə davam edir. 

O, həmçinin əlavə edib ki, 2020-ci ildə keçirdiyi insultdan tam sağalıb və kino sənayesinə qayıtmağı planlaşdırır.

Chosen
17
2
soz.az

3Sources