ABŞ Rusiyaya qarşı kiber əməliyyatları dayandırıb.
Missiya.Az xəbər verir ki, bu barədə CNN xəbər yayıb.
Məlumatı telekanala verən rəsmi şəxs bildirib ki, Rusiyaya qarşı hücum xarakterli kiber əməliyyatların dayandırılması ABŞ-ı Moskvanın potensial kiberhücumlarına qarşı daha həssas edəcək. O qeyd edib ki, Rusiyada ABŞ-ın kritik infrastrukturunu pozmağa və məxfi kəşfiyyat məlumatlarını toplamağa qadir olan nəhəng və qəzəbli hakerlər heyəti var.
Elcan
Missiya.Az