EN

Ermənistan USAID vasitəsilə 110 milyon dollar alıb

İrəvan ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə 110 milyon dollar alıb. Bu barədə “Sputnik” radiosuna Ermənistan Xarici İşlər Nazirliyi məlumat verib.

Belə ki, ötən ilin payızında ABŞ və Ermənistan arasında 250 milyon dollarlıq qrant müqaviləsi imzalanıb. Lakin təşkilatın fəaliyyətinin dondurulması səbəbindən Ermənistan bütün məbləği ala bilməyib.

Dəqiqləşdirilir ki, qrant bir neçə məqsəd üçün ayrılıb: vətəndaş cəmiyyətinin, erməni mediasının inkişafı, həmçinin humanitar yardım. Bundan əvvəl ABŞ və Ermənistan arasında 120 milyon dollar məbləğində qrant sazişi bağlanmışdı.

Fevralın sonunda ABŞ prezident administrasiyasının USAID və Dövlət Departamentinin xarici yardımla bağlı müqavilələrinin 90%-dən çoxunu ləğv etmək niyyətində olduğu bildirilir.

Almaz Həsənli

Chosen
34
1
oxumeni.az

2Sources